21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
AIF bildirir ki, son dövrlərdə Milli Televiziya və Radio Yayımı Şurası tərəfindən milli tezliklərdə fəaliyyət göstərən “BBC”, “Amerikanın Səsi” və “Azadlıq” radiostansiyalarının fəaliyyətinin dayandırılacağı haqqında bəyanatlar səslənir.
Azərbaycanın öz informasiya məkanına yetərincə nəzarət edə bilmədiyi, bir sıra hallarda ölkənin efir məkanının milli maraqlarımıza zidd olan informasiya subyektləri tərəfindən açıq-aşkar zəbt edildiyi indiki durumda bu cür bəyanatların səslənməsi cəmiyyətdə ciddi narahatçılıq yaradır. Regionların informasiya məkanında qeyri-bərabər vəziyyətin hökm sürdüyü, milli efir tezliklərindən səmərəli və effektiv istifadə olunmadığı bir şəraitdə mövcud informasiya subyektlərinin fəaliyyətin dayandırılması absurd bir addım olardı. Bu Azərbaycanın informasiya məkanını daha təhlükəli bir vəziyyətə gətirib çıxarardı.
Ölkədə kabel, internet və peyk yayımının yetərli və hamı üçün əlçatan olmadığı indiki şəraitdə adı çəkilən radioların yerli tezlikdə fəaliyyətinin dayandırılması və digər yayımlara yönləndirilməsi vətəndaşların müstəqil informasiya almaq hüquqlarını xeyli məhdudlaşdıracağı şəksizdir.
AİF, MTRŞ rəhbərliyinin bu bəyanatını ölkənin qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə, habelə BMT-nin qəbul etdiyi və Azərbaycanın qoşulduğu Mülki və Siyasi hüquqların qorunmasına dair Konvensiyanın 19-cu maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsi presedentlərinə zidd hesab edir və bunu plüralizmin, habelə ifadə azadlığının məhdudlaşdırılmasına yönələn təşəbbüs hesab edir.
AİF həmçinin milli tezlik resursların əhəmiyyətinin kifayət qədər artdığı indiki vəziyyətdə, Radiotezliklər üzrə Dövlət Komissiyasının statusuna yenidən baxılmasını, bu sahəyə ictimai nəzarət imkanlarının genişləndirilməsini, komissiyada mülki və ictimai sektorun xüsusi çəkisinin artırılmasını zəruri hesab edir
AİF milli tezliklərin ayrılması və istifadəsi prosesində şəffaflığın təmin olunmasını, efir boşluğunun qarşısının alınmasını, efir tezliklərindən effektiv istifadə edilməsini, maraqlı tərəflərin bu resursdan istifadəsi üçün normal şərait yaradılmasını vacib hesab edir.