İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azercell Gəncədə Telefon Mərkəzi açdı

26.12.2009 [11:34]

Fontu böyüt:      


"Azercell Telekom" MMC əhatə dairəsini genişləndirmək və mobil rabitənin keyfiyyətini artırmaq məqsədilə Gəncədə yeni Telefon Mərkəzini istifadəyə verib. Eyni zamanda şirkətin Şəmkir şəhərində yeni "Azercell Ekspres" ofisinin açılış mərasimi olub. Hər iki açılış mərasimi dekabrın 25-də olub.

Əvvəlcə ölkənin bütün qərb bölgəsi üçün nəzərdə tutulan Gəncə Telefon Mərkəzinin açılış olub. Mərkəz abonentlərin müraciətlərini nəzərdən keçirəcək, xidmət və kampaniyalar haqqında ətraflı məlumat verəcək. Bu bölgədəki abonentlər uzun yol getməsinlər deyə, "Azercell" öz xidmətlərini onlara yaxın edir.

Açılış mərasimində çıxış edən "Azercell Telekom"un prezidenti Ali Ağan bildirib ki, Azərbaycan xalqının mədəni-tarixi, memarlıq və etnoqrafik irsinin incisi olan Gəncədə olmaqdan, bu gözəl şəhərdə "Azercell"in yeni telefon mərkəzini açmaqdan məmnunluq duyurlar: "Artıq 13 ildir Azərbaycanda yüksək səviyyəli mobil rabitə xidməti göstərən "Azercell" ölkəmizin 80 faizini əhatə edir, hətta ən ucqar kəndlərdə qurduğu stansiyalarla da öz abonentlərinə xidmət göstərir. Məhz bu əməyin nəticəsində biz təxminən 4 milyona yaxın abonent qazanmağa müvəffəq olmuşuq. Bizim üçün bu Telefon Mərkəzi çox önəmlidir. Gəncənin region üçün vacibliyini nəzərə alaraq, ümid edirik ki, bu mərkəz abonentlərimizə rahat və yüksək xidmət göstərən bir məkana çevriləcək".

A.Ağanın sözlərinə görə, mərkəz 15-dən artıq insanı işlə təmin edəcək və bölgənin biznes mühitinə öz müsbət təsirini verəcək: "Çox məmnunuq ki, bizim açdığımız mərkəzlər və xidmət nöqtələri hökumətimizin regionların sosial-iqtisadi inkişafı proqramına öz töhvəsini verir. Böyük şərəf hissi ilə demək istəyirəm ki, bu bizim ölkə üzrə 2-ci buna bənzər mərkəzimizdir. Günün istənilən vaxtı müraciətləri qəbul edib, onların həlli ilə məşğul olacaq bu mərkəz həftənin 7 günü fəaliyyət göstərəcək".

Cənab A.Ağan "Azercell Telekom"un mövcud olduğu şəhərlərdə sosial layiyələrə də böyük önəm verdiyini qeyd edib: "İnanıram ki, yorulmadan apardığımız iş nəticəsində "Azercell" yüksək keyfiyyətli xidməti ilə abonentləri şad edəcək və cəmiyyətimiz qarşısında olan öhdəliyini yerinə yetirmiş olacaq. Sözsüz ki, mərkəzin açılışı Gəncə Şəhər İcra Hakimiyyəti və onun başçısı cənab Eldar Əzizovun dəstəyi olmadan mümkün olmazdı. Öz adımdan və burda daimi işlə təmin olunan və yaradılan biznes mühitdən yararlanan hər bir şəxs adından sizə öz minnətdarlığımızı bildiririk.

Açılış mərsimində iştirak edən Gəncə şəhər Nizami rayon İH-nın başçısı Paşa Paşayev “Azercell” şirkətinə belə bir mərkəzin Azərbaycanın qədim paytaxtında açılmasına görə təşəkkür etdi. “Bu Gəncə əhalisinə böyük bir qayğıdır. Gəncədə “Azercell” abonentlərinin sayı çoxdur. Onlar indi bütün mümkün problemlərini burada həll edə biləcəklər. Bu həm maddi, həm də zamana qənaət baxımdan çox sərfəlidir”- deyə cənab Paşayev bildirdi.

Eyni gündə növbəti açılış mərasimi Şəmkirdə baş tutub.

Bu şəhərdə yeni "Azercell Ekspres" ofisi müştərilərin ixtiyarına verilib. Mərasimdəki çıxışı zamanı A. Ağan daim müştərilərinin rahatlığını düşünən "Azercell" şirkəti olaraq bütün Azərbaycanda abonentlərinə ən yüksək xidməti təklif etməkdən məmnunluq duyduqlarını bildirib: "Hörmətli şəmkirlilər hörmətli qonaqlar, xanımlar və cənablar, sizin hamınızı Şəmkirdə yeni "Azercell Ekspres" ofisinin açılışında salamlamaqdan məmnunam. Bu gün biz Azərbaycan iqtisadiyyatının böyük bir hissəsinin cəmləşdiyi və regionun ən əsas şəhərlərindən biri olan Şəmkirdə yeni "Azercell Ekspres" ofisini açırıq. Bununla da biz rayonlarda olan Ekspres ofislərimizin sayını artıq 16-ya çatdırdıq. Ümumilikdə isə bizim 23-cü bu cür ofisimiz ölkə üzrə müştərilərimizin xidmətindədir. Prezident İlham Əliyev regionların inkişafını hökumətin fəaliyyətinin ən prioritet istiqamətlərindən biri hesab edir və son dövrlər bölgələrdə böyük inkişaf müşahidə olunur. Azərbaycanın qeyri-neft sektorunun lider şirkəti olaraq biz prezidentin bu strategiyasına öz dəstəyimizi göstərmək məqsədilə regionlarda fəaliyyət göstərəcək "Azercell Ekspres" ofislərimizin sayını artırmağı planlaşdırırıq. Bununla da bölgələrin iqtisadiyyatına azacıq da olsa öz qatqıda bulunmağa çalışırıq, yeni iş yerləri açırıq".

Qeyd edək ki, "Azercell Exspres" ofisinin konsepsiyası 1 nöqtədə 3 xidməti özündə ehtiva edir. Yəni abonent "Azercell Ekspres" ofisinə gələrək həm telefon danışığına görə ödəmə həyata keçirə bilər, müştəri xidmətlərinə müraciət edə bilər, həm də yeni telefon və ya nömrə ala bilər. "Biz təkcə Azərbaycanda deyil, bütün regionda "one stop shopping" adlanan bu konsepsiyanı təqdim edən ilk şirkət olmaqdan qürur duyuruq.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar