21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində təhsil şəbəkəsi yaradılır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yardımı ilə BMT İnkişaf Proqramının AzNET layihəsinin bazasında hazırlanmış layihəni AzEduNet təşkilatı həyata keçirir.
AzEduNet təşkilatının rəhbəri Səməd Abbasovun dediyinə görə, layihənin əsas məqsədi ölkənin təhsil ocaqlarını vahid yüksək sürətli internet-şəbəkəsi çərçivəsində birləşdirməkdən ibarətdir. Vahid təhsil şəbəkəsi təhsil ocaqları arasında yüksək sürətli məlumat mübadiləsini təmin etməyə imkan yaradacaq, milli elektron təhsil şəbəkələrinin inkişafına təkan verəcək, təhsil ocaqları internetə çıxışla təmin olunacaq.
Dövlət Proqramı çərçivəsində məktəblərdə lokal şəbəkələrin yaradılması da həyata keçirilir.