Yaxın vaxtlarda Azərbaycanın mobil operator xidməti olan “Azercell Telecom” 4G texnologiyası əsasında xidmətlərə başlamaq üçün lisenziya alacaq.
Yaxın vaxtlarda Azərbaycanın mobil operator xidməti olan “Azercell Telecom” 4G texnologiyası əsasında xidmətlərə başlamaq üçün lisenziya alacaq.
Bu barədə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, böyük ehtimalla mayın 22-26-da Bakıda keçiriləcək “Evrovizion” mahnı yarışmasının başlamasından əvvəl olacaq. İlkin mərhələdə Azercell Bakıda özünün 4G şəbəkəsini açacaq.
Digər mobil operator xidmətlərinə gəlincə isə nazir onların da 4G lisenziyası almaq üçün müraciət etdiklərini bilidirib. Ə.Abbasov lisenziyalaşdırma ilə bağlı problemlərin olmayacağını qeyd edib.
Nazir, həmçinin bildirib ki, mobil rabitə operatorlarına 4G sisteminin tətbiqi üçün hazırlıq işlərinə başlamaq tapşırılıb.