Ötən ildə kompüterlərdə yayılan Conficker virusunun qarşısını Microsoft almışdır.
Ötən ildə kompüterlərdə yayılan Conficker virusunun qarşısını Microsoft almışdır. Anonim hackerlər isə növbəti Conficker.b tipli virus yaydılar və bir neçə gün ərzində milyonlarla kompüter zərər çəkdi. İndi isə Kompüter Təhlükəsizliyi ilə məşğul olan firmalar Conficker.c adlı virusu aşkarlayıblar.
Virus güclü gizləndiyindən önləyici tədbirlərin görülməsində problemlər yaşanır. Belə ki, virusun içində 1 apreldə aktivləşəcəyi gözlənilən kodlar aşkarlanıb. Lakin Kompüter Təhlükəsizliyi ilə məşğul olan firmalar virusun nələr edə biləcəyini tapa bilmirlər.
Secure Works idərəçisi Joe Stewart virusu hazırlayan hackerlərin çox professional olduğunu deyir. Onun sözlərinə görə, virusu təmizləmək çox çətindir və 1 apreldən əvvəl müəyyən tədbirlərin görülməsi mümkün deyil. Bütün şirkətlərə sadəcə 1 apreli gözləmək qalır.
xeberler.az/Vüsalə