21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Provayder və telefon qovşağı istifadəçiyə yüksək sürətli internet verməyə borcludur. Provayderin borcudur ki, verdiyi internetin sürətinə nəzarət etsin, istənilən hava şəraitinə dayanıqlığını yoxlasın”.
Bu sözləri Axar.az-a "Multimedia"
İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan
İnternet Forumunun prezidenti Osman Gündüz hava şəraitindən asılı olaraq zəifləyən
internetin sürəti ilə bağlı deyib.
Osman Gündüzün fikrincə, havanın
təsirindən internetin zəifləməsi və ya kəsilməsi provayderlərin işinin göstəricisidir:
“Telefon xətti və ya birbaşa kabel vasitəsilə çəkilən internetin küləkli və
yağmurlu havada kəsilməsi provayderdən asılıdır. Küləyin, yağışın xətlərə təsirindən
sürət azalır. Provayder və ya telefon qovşağı internet çəkilişi zamanı xətlərin
dayanıqlığını yoxlamalıdır. Hətta bəzi internet kabelləri kanalizasiyadan
keçir, belə olan zaman xətlərə su yığılır, nasazlıq yaranır. İstənilən təsir isə
internetin sürətini azaldır. Burada əsas problem provayderdə, sizə
interneti verən telefon qovşağındadır”.
Osman Gündüz qeyd edir ki,
kabelsiz internet ötürücülərində isə havanın təsirindən yaranan problem gözləniləndir:
“Küləkli havada kabelsiz ötürücülərlə internetə girən zaman sürətin zəifləməsi
müşahidə edilir. Bu, əslində gözləniləndir. Çünki data-kartlar interneti hava
vasitəsilə ötürür. Pis, küləkli və yağmurlu hava şəraiti kabelsiz, hava internetinin
sürətinə mütləq təsir edir. Haradasa bunu normal da hesab etmək olar. Ancaq bu
təsirlər o qədər də ciddi olmamalıdır. Əgər internetin sürəti çox zəifləyir,
ümumiyyətlə, internetə qoşulmaq mümkünsüzləşirsə, bu, artıq küləyin təsirindən
deyil. Problem provayderdədir ki, hər şeyi nəzərə almayıb. Mobil provayderlər təqdim
etdiyi data-kartlara nəzarət etməyə borcludur”.