İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Milli domen qeydiyyatı üzrə 12 qurumu kim yaradıb və haradadır bu qurumlar ?

11.09.2014 [12:16]

Fontu böyüt:      

Milli domenin texniki administratoru, hörmətli Faiq Fərmanov mediada bildirib ki, sən demə milli domenin 12 (!) qeydiyyatçısı varmış. Yəni 12 qurum var ki .az domeninin qeydiyyatı ilə məşğuldur. Bu qədər ağ yalan olmaz da. Hansılardır, haradadır bu qurumlar ? Axı kim və nə zaman verdi qeydiyyatçılara bu səlahiyyəti ? Belə səlahiyyət verəcək qurum formalaşmayıb axı. Həm də İnternet ictimaiyyəti bilir ki, ölkədə cəmi bir milli domen qeydiyyatçısı var, o da
Nazir müavini Elmir Vəlizadə və ETM-in direktoru, .az domeninin texniki administratoru Faiq Fərmanov ölkədə milli domenlərlə bağlı hər şeyin yüksək səviyyədə olduğunu bildiriblər.
Əslində isə bəlkə də Azərbaycan İnternetində yeganə sahələrdən birisidir həm beynəlxalq normaların  və həm də yerli qanunvericiliyin tələblərinə hələ də əməl edilməyib.

Milli domenlərin qeydiyyatını tənzimləmək üçün Qanunvericilikdə nəzərdə tutulduğu qaydada qeydiyyat qurumu  yaradılmayıb. Bütün İnternet ictimaiyyəti, elə Nazirlikdə və dövlət qurumlarında da hamı bilir ki,  bu cür strarteji və milli maraqlarımız baxımından əhəmiyyət kəsb edən proses  nazir müavininin şəxsi göstərişləri ilə Faiq Fərmanov tərəfindən həyata keçirilir.

Əslində milli domenin qeydiyyatının texniki administratoru səlahiyyətini icra etməli olan, yeri gəlmişkən qeyd edim ki,  texniki cəhətdən indiyədək hər hansı problemlərə imkan yaratmayan Faiq Fərmanov milli domenin tənzimlənməsi ilə bağlı qalan bütün məsələləri də  RYTN –dən gələn göstərişlər əsasında həyata keçirir.
Artıq bunu da açıq formada deməyin zamanıdır ki bu problem adı çəkilən nazir müavinin şəxsi ambisiyalarının qurbanına çevrilib.
Hətta cənab Nazir tərəfindən bu məsələnin həlli dəfələrlə şəxsən Elmir Vəlizadəyə tapşırılsa da problem hələ də həllini tapmayıb.

Faiq Fərmanov mediada və konfransda  bildirib ki, sən demə milli domenin 12 (!) qeydiyyatçısı varmış. Yəni 12 qurum var ki .az domeninin qeydiyyatı ilə məşğuldur.  Bu qədər ağ yalan olmaz da. Hansılardır, haradadır bu qurumlar ? Axı kim və nə zaman verdi qeydiyyatçılara bu səlahiyyəti ?  Belə səlahiyyət verəcək qurum formalaşmayıb axı. Həm də İnternet ictimaiyyəti bilir ki, ölkədə cəmi  bir milli domen  qeydiyyatçısı var, o da elə texniki administrator olan  Faiq Fərmanovun İntrans şirkətidir . Qalan bir-iki müxtəlif adda olan virtual  qurumlar isə elə İntransın nəzarəti altında olan filiallardır. Azərbaycan İnternetində yeganə sahədir ki burada inhisarçılıq hökm sürür. Bunu hamı bilir axı.

Axı niyə diqqət ona yönəldilmir ki, ölkə əhalisinin sayı ilə müqayisədə milli domen istifadəçilərinin, həm də elə müstəqil milli registrantların ən az olduğu ölkələrdən birisi də, təəssüf ki bizik. Araşdırılmalıdır ki, nə üçün istifadəçilər daha çox beynəlxalq domenlər altında internet resurslar hazırlamağa üstünlük verirlər.
Ölkədə hazırda İnternetin və ümumiyyətlə İKT sahəsinin dinamik inkişafına uyğun gəlməyən sahə məhz milli domen infrastrukturudur. Onlayn qeydiyyat sisteminin işə salınmasını nəzərə almasaq uzun müddətdən bəri qalan problemlərin heç birisi öz həllini tapmayıb.

Problemin həlli ilə bağlı dəfələrlə RYTN-nə təkliflər verilib. Ədalət naminə deyim ki cənab nazirin təşəbbüsü ilə Nazirlikdə bu istiqamətdə uzun-uzadı müzakirələr aparılıb. Hətta qurum da formalaşdırılıb. Lakin kimlərinsə şəxsi ambisiyaları ucbatından problem hələ də həllini tapmayıb. 

Təkliflər olunub ki, milli domenlərin qeydiyyatının tənzimlənməsi ilə bağlı RYTN-də bir neçə il  bundan öncə başlanan proses başa çatdırılmalı və qanunvericilikdə nəzərdə tutulduğu qaydada kollegial qeydiyyat qurumu formalaşdırılmalıdır, bu qurum tərəfindən İnternet ictimaiyyətinin maraqlarına cavab verən Qeydiyyat qaydaları müəyyən olunmalıdır, milli domen qeydiyyatı üçün ödənilən rüsum aşağı salınmalıdır, qeydiyyat prosesində şəffaflıq təmin olunmalıdır,  inhisarçılıq aradan qaldırılmalıdır.

Axı bu necə ola bilər ki, hansısa bir milli İnternet resursun adının müəyyən olunmasını, hansısa rayon ya şəhər adı ilə bağlı milli domenin hansı quruma  ya şəxsə verilməsi və ya verilməməsi, 40 manat ilkin qeydiyyat haqqı müəyyən olunması, hətta milli domen qeydiyyatı qurumunun- registrantın  müəyyən olunmasını bir-iki şəxs müəyyən etsin.?

Güman ki elə bununla  bağlıdır ki, cənab Elmir Vəlizadənin rəhbərliyi alında keçirilən və  əslində mahiyyətcə İnternet ictimaiyyətinin iştirakı ilə keçirilməli olan domenlərlə bağlı toplantını İnternet sahəsində əlaqəli qurumlardan xəbərsiz, qapalı formada təşkil etməyə üstünlük veriblər.

Ümid edək nə vaxtsa yuxarılardan milli təhlükəsizlik üçün kifayət qədər əhəmiyyət kəsb edən bu bu məsələyə də bir təpgi gələr və bu problem də öz həllini tapar.

Osman Gündüz
11.09.2014

P.S. Bu mövzu dəfələrlə müxtəlif toplantılarda, konfranslarda müzakirə olunub. İCANN rəhbərliyi səviyyəsində qaldırılıb. Təqdimatlar olub. Elə mən özüm bu mövzuda yüzlərlə intervülər, açıqlamalar verdiyimdən, yazılar, statuslar, tvitlər yazdığımdan özümə söz vermişdim ki, bir də bu mövzuya qayıtmayım. Amma milli domen qeydiyyatı üzrə 12  registrantın olması ilə bağlı açıqlama buna imkan vermədi. 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar