Məlum olduğu kimi, jurnalistlər, bloqçular və tələbələr üçün "Onlayn media" Müsabiqəsi keçirilir. Müsabiqədə ölkədə İnformasiya Cəmiyyətindən, elektron hökumət quruculuğundan yazan, elektron xidmətlərin hazırlanması və tətbiq edilməsi prosesini araşdırıb yazan, ümumiyyətlə İKT-nin müxtəlif sahələrdə tətbiqindən yazan jurnalistlər və bloqçular iştirak edə bilər.
Məlum olduğu kimi, jurnalistlər, bloqçular və tələbələr üçün "Onlayn media" Müsabiqəsi keçirilir. Müsabiqədə ölkədə İnformasiya Cəmiyyətindən, elektron hökumət quruculuğundan yazan, elektron xidmətlərin hazırlanması və tətbiq edilməsi prosesini araşdırıb yazan, ümumiyyətlə İKT-nin müxtəlif sahələrdə tətbiqindən yazan jurnalistlər və bloqçular iştirak edə bilər.
Müsabiqə 3 istiqamət üzrə keçirilir :
1. Müsabiqəyə bəlli mövzular üzrə məqalələr təqdim oluna bilər. Təqdim olunan yazıların Onlayn media resurslarında (onlayn xəbər resursları, populyar xəbər bloqları (son 1 il ərzində yaradılan bloqlar) və s) dərc olunması vacibdir.
Müsabiqəyə təqdim olunan materialın orjinalı Azərbaycan dillində çap edilmiş olmalıdır.
Yazı mətninin həcmi 5 min işarədən çox olmamalıdır. Müsabiqəyə 15 sentyabr 2013-cü ildən 15 noyabr 2013-cü il tarixədək dərc edilən materiallar qəbul olunur. Materialların qəbulu 20 noyabr 2013-cü il tarixədək həyata keçiriləcək.
Müsabiqənin təxmini mövzuları:
1. Azərbaycanda informasiya cəmiyyəti quruculuğu;
2.Ölkidə İKT -nin, o cümlədən mobil texnologiyaların inkişafı;
3.Elektron hökumət və vətəndaş cəmiyyəti;
4.Elektron xidmətlərin analizi;
5.Konkret sahələr üzrə (təhsil, mədəniyyət, turizm, biznes və s.) elektron xidmətlərin analizi;
6.Elektron hökumət sahəsində qanunvericiliyin təhlili;
7.Elektron hökumət və informasiya təhlükəsizliyi;
8.Vətəndaşlar elektron hökumətə hazırdırlarmı;
9.Onlayn və offlayn xidmətlərin təsnifatı. İctimai və sosial əhəmiyyətli xidmətlər;
10.Açıq hökumət təşəbbüsü; ASAN Xidmət.
11. Elektron hökumət, elektron xidmətlər və sosial media;
2. Müsabiqə çərçivəsində həmçinin Tvitter mikroblqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma təşkil olunacaq. Müsabiqənin iştirakçıları, ölkədə elektron hökumət quruculuğu ilə bağlı yazılan faydalı və ictimai əhəmiyyətli tvitlərin, təklif və rəylərin müəllifləri- mikrobloqçulardır Müsabiqə çərçivəsində olan bu tip tvitlər 15 sentyabrdan 15 noyabr tarixədək müddətdə yalnız #ehokumət həştəqi vasitəsilə yazılmalıdır
3. Müsabiqə çərçivəsində yalnız tələbələr üçün Twitter mikrobloqunda e-təhsil, təhsil sistemində informasiya texnologiyaların tətbiqi ilə bağlı yarışma da təşkil olunur.
Tələbələr təhsilin informasiyalaşdırılması, elektron təhsil, distant təhsil, elektron tədris resursları, sosial medianın təhsilin keyfiyyətinin qaldırılmasında rolu və s. bu kimi sahələr üzrə faydalı fikirlərini, təklif və rəylərini Twitter şəbəkəsində açıqlayırlar. Bu cür tvitlər 15 sentyabrdan 15 noyabr müddətində #etehsil həştəqi ilə yazılmalıdır.
Layihə Multimedia Mərkəzi tərəfindən, RİTN –in dəstəyi və Nar Mobile- in Baş sponsorluğu ilə keçirilir.
Ətraflı məlumat http://telim.org/musabiq%C9%99-qaydalari/