İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Saytın Azərbaycan versiyasının təqdimatı oldu

29.04.2013 [23:19]

Fontu böyüt:      

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Ukraynanın informatika üzrə beynəlxalq olimpiada saytı olan « www.e-olimp.com.ua/ »-nın Azərbaycan dilindəki versiyasının təqdimatı keçirilib. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, İTİ direktoru Rasim Əliquliyev və respublikanın ali məktəblərinin informatika fənnini tədris edən müəllimləri iştirak edib.
AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Ukraynanın informatika üzrə beynəlxalq olimpiada saytı olan « www.e-olimp.com.ua/ »-nın Azərbaycan dilindəki versiyasının təqdimatı keçirilib. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, İTİ direktoru Rasim Əliquliyev və respublikanın ali məktəblərinin informatika fənnini tədris edən müəllimləri iştirak edib.

E.Vəlizadə bildirib ki, Ukraynada fəaliyyət göstərən və beynəlxalq olimpiadalar təşkil edən «e-olimp.com.ua» saytının Azərbaycan versiyasının hazırlanması mühüm hadisədir. Adıçəkilən saytın əvvəllər rus və ingilis dillərində fəaliyyət göstərdiyini önə çəkən nazir müavini bildirib ki, ona Azərbaycan dilinin də əlavə olunması saytın beynəlmiləlçiliyini artırıb və eləcə də bizim şagird və tələbələrin işini asanlaşdırıb: «Bu sayt Azərbaycan yeniyetmə və gənclərinə özlərinin informatika, İT, kompüter elmləri ilə bağlı biliklərini yoxlamağa və onları daha da zənginləşdirməyə imkan verir».

Qafqaz Universitetinin müəllimi Etibar Seyidzadə «e-olimp.com.ua» saytının Azərbaycan versiyası haqqında təqdimatla çıxış edərək bildirib ki, burada verilən məsələlər çətin, orta və asan kateqoriyalarına bölünür və onların çətinlik səviyyələri konkret faiz göstəriciləri ilə təqdim olunur. Artıq 1000-dən artıq məsələnin Azərbaycan dilinə tərcümə olunduğunu vurğulayan E.Seyidzadə deyib ki, hazırda məsələlərin ümumi sayı 5000-dən artıqdır. Bu sayt vasitəsi ilə dünyanın 100 ölkəsini təmsil edən tələbələrin yarışdığını önə çəkən E.Seyidzadə əlavə edib ki, portalın «interfeysi» tamamilə Azərbaycan dilində təqdim olunur:

«Saytdan təkcə ali məktəb müəllimləri və tələbələri deyil, eyni zamanda orta məktəb müəllimləri və şagirdləri də dərs zamanı istifadə edə bilər. Müəllimlər sadəcə olaraq saytda qeydiyyatdan keçib qrup yarada və öz şagirdlərini də həmin qrupa daxil edə bilər. Bundan sonra hansı məsələlərdən istifadə edərək öz şagirdlərinin informatika biliklərini yoxlamaq asanlaşır və avtomatik olaraq saytda cavablar üzə çıxır. Eləcə də alınan cavabları çap etmək də mümkündür. Portalın «Yarışlar» bölməsi var ki, burada hər həftə müsabiqələr keçirilir və onların tarixləri göstərilir».

Bundan sonra informatika müəllimləri ilə fikir mübadiləsi aparılıb.
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar