Fontu böyüt:
Kaspersky iyun ayında qeydə alınan kompüter viruslarının adını TOP20-də açıqlayıb. Qeydə alınan viruslar içərisində Conficker (Downadup, Kido da deyilir) adı öndə gedir. İkinci sırada isə "Sality.aa" adlı virusun adı çəkilir.
Siyahı "Kaspersky Security Network"-un (KSN) köməyi ilə hazırlanıb. Virusları Kaspersky anti-Virus 2009 və Kaspersky İnternet Security 2009 proqramları qeydə alıb.
Siyahıya görə, iyun ayında 58.200 KSN kompüterində Conficker soxulcanına rast gəlinib. Conficker distributivləri "Kido.jq" və "Kido.ix" isə siyahıda 9 və 14-cü sırada yer tutur.