İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Ağıllı adamlara pul veriləcək

24.01.2014 [20:34]

Fontu böyüt:      

Ötən il yaradılmış Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İTİDF) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini güzəştli kreditlər vasitəsilə Fondun vəsaitindən faydalanmağa dəvət edir.
Ötən il yaradılmış Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İTİDF) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini güzəştli kreditlər vasitəsilə Fondun vəsaitindən faydalanmağa dəvət edir. Fondun icraçı direktorunun müavini Azər Bayramov bakupost.az – analitik informasiya portalına verdiyi müsahibədə maliyyələşdirmənin şərtləri və digər məsələlər barədə danışıb.

- Təmsil etdiyiniz qurumun 2014-cü ilə büdcəsi nə qədərdir? Bu vəsaitdən nə cür istifadə olunması nəzərdə tutulub?

- Bu il Fonda dövlət büdcəsindən 5 milyon manat ayrılıb. Bu vəsəitdən bir neçə istiqamətdə istifadə olunacaq. İstiqamətlərdən biri Fondun investisiya layihələrində birbaşa iştirak, yəni, İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin fəaliyyətində payçı və yaxud səhmdar kimi iştirak etməkdir. 2-ci istiqamət İKT sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsidir. Həmçinin Fondun vəsaiti hesabına innovativ və tətbiqi elmi-texniki layihələrin - startap layihələrinin həyata keçirilməsi üçün fiziki və hüquqi şəxslərə qrantların ayrılması nəzərdə tutulub. Azərbaycanda kifayət qədər gənc var ki, onların İKT sahəsində innovativ və maraqlı ideyaları var, lakin onlar maliyyə problemi ucbatından həmin ideyaları həyata keçirə bilmir. Belə insanlara Fond dəstək olacaq.

- İTİDF iş adamlarına hansı şərtlərlə (faiz dərəcəsi, müddət və məbləğ) kredit ayıracaq? Sahibkarlara qarşı hansı tələblər irəli sürüləcək? İnvestisiya layihələri necə qiymətləndiriləcək?


- Sahibkarlar Fondun vəsaiti hesabına kredit almaq üçün Fondun müvəkkil banklarına müraciət etməlidirlər. Söhbət hələ ki, 5 bankdan gedir. Bunlar “Paşabank”, “Bank Respublika”, “Dəmirbank”, “Rabitəbank” və “Bank BTB”-dir. Gələcəkdə müvəkkil kredit qurumlarının sayının artırılması, bu prosesə hətta bank olmayan kredit təşkilatlarının qoşulması da istisna deyil.

Fond banklara vəsaiti illik 1%-lə ayıracaq, onlar isə həmin vəsaiti illik faiz dərəcəsi kredit məbləğinin 5%-dən artıq olmamaqla güzəştli kredit kimi sahibkarlara verməlidirlər. Bu da Azərbaycanda ən aşağı faizli kreditdir. Kreditlər məbləğdən asılı olaraq 3 ildən 10 ilə qədər ayrıla bilər.

Fonda təqdim edilmiş investisiya layihələri ilk növbədə ekspertizadan keçiriləcək, daha sonra Fondun Müşahidə Şurasına (MŞ) təqdim olunacaq. Maliyyələşdirmə barədə də MŞ qərar verəcək. Şura 7 nəfərdən ibarətdir, ona Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə rəhbərlik edir.

- Bəs qrant ayırlamaları hansı prinsiplərlə həyata keçiriləcək?

- Qrant layihələrinin maliyyələşdirilməsinə məqsəd ondan ibarətdir ki, bu yolla iş görən insanlar gələcəkdə öz ideyalarının hesabına pul qazana bilsinlər, İKT sektorunda sahibkara çevrilsinlər. İlkin vəsaitdən müsbət yararlanandan sonra onlar tədricən Fonddan güzəştli şərtlərlə kredit də ala biləcəklər. Qrant almaq üçün vətəndaşlar birbaşa Fonda müraciət etməlidirlər. Elektron müraciət Fondun rəsmi internet saytı (www.ictfund.gov.az) vasitəsilə oluna biləcəkdir. Bununla yanaşı, qrant layihələrini poçtla göndərmək və yaxud birbaşa da təqdim etmək mümkün olacaq. Müsbət cavab verilən “start-up” layihələrinə 10 min manatdan 300 min manata qədər, 36 aylıq müddətə qrant vəsaiti ayrıla bilər.

- Ayrılmış vəsaitlərin xərclənməsinə necə nəzarət olunacaq? Xoşagəlməz (qanunazidd) hallarla bağlı hansı addımlar atıla bilər?

- Fond həm kredit, həm də qrant ayırmalarını hissə-hissə həyata keçirəcək. Vaxtaşırı maliyyələşdirilən layihələrin icrası ilə bağlı monitorinqlərin təşkil olunması nəzərdə tutulub. Əgər layihə çərçivəsində nəzərdə tutulan işlər görülməyibsə, başqa sözlə, ayrılmış vəsaitdən təyinatı üzrə istifadə olunmayıbsa, maliyyələşdirmə dayandırılacaq və müvafiq tədbirlər həyata keçiriləcək (BakuPost)
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar