İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda erməni dilində də xəbər yayımlayacaq telekanal bu ayın sonlarında fəaliyyətə başlayacaq

04.09.2009 [19:33]

Fontu böyüt:      


Azərbaycanın ilk beynəlxalq televiziyası olacaq “ATV İnternational” (“ATV İnt”) kanalı bu ayın sonlarında fəaliyyətə başlaya bilər. Bu barədə APA-ya ATV-nin “Xəbərlər” departamentinin baş redaktoru Vaqif Aydınoğlu məlumat verib. Onun sözlərinə görə, televiziyanın fəaliyyətə başlaması üçün ən son model texniki avadanlıqlar alınıb və onların quraşdırılması başa çatmaq üzrədir. Hələlik televiziyanın ötürücülərlə və peyk yayımı ilə bağlı problemləri qalır.

“ATV İnt” beş dildə xəbər yayımlayacaq. Azərbaycan, fars, ingilis, rus və erməni dillərində yayımlanacaq xəbərlər üçün 30-a qədər kadr seçilib. V. Aydınoğlunun sözlərinə görə, televiziya Azərbaycanın təbliği ilə bağlı yaradıldığından bu istiqamətdə xəbərlərə daha çox üstünlük veriləcək.

Erməni dilli kadrlara gəlincə, V. Aydınoğlunun sözlərinə görə, düşmən ölkənin dilində danışa bilən kadrlar doğrundan da azdır: “Erməni dilli kadrlar tapmaq çətin oldu. Gənc kadrlar arasında demək olar ki, bu dili bilən yoxdur. Bakı Dövlət Universitetində erməni dili hazırlığı keçilir. Lakin bu hazırlığı keçmiş şəxslər erməni dilini çox zəif bilirlər. Buna görə də biz xəbərlərin erməni dili üzrə qrupunu yaşlı nəslin hesabına təşkil etdik.

Qrupda vaxtilə Ermənistan Dövlət Universitetində dərs demiş müəllim, erməni dilli qəzetlərdə işləmiş şəxslər var. Hələlik televiziyanın “Xəbərlər” xidmətinin neçə saatdan bir efirə verilməsi üzərində müzakirələr gedir. Ümumilikdə isə “ATV İnt”-in bir xəbər buraxılışı 12-15 dəqiqədən ibarət olacaq”.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar