İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Apple və Amazon arasında məhkəmə çəkişməsi

24.03.2011 [02:05]

Fontu böyüt:      

Apple şirkəti Amazon.com - internet ticarəti nəhəngini məhkəmyə verib. Apple “App Store” adının Amazonun satış şəbəkələrində istifadə olunmasına etiraz edir. (“Store” – ingilis dilində “dükan, mağaza” deməkdir) - Biz Amazondan xahiş etmişik ki, “App Store” adından istifadə etməsin, çünki bununla müştəriləri çaşdıra bilər. – deyə Apple şirkətinin nümayəndəsi Bloomberg agentliyinə bildirib. İndiyədək Apple məxsus olan “App Store” saytı iPhone, iPod və iPad-larda istifadə olunmaq üçün

Apple şirkəti Amazon.com - internet ticarəti nəhəngini məhkəmyə verib. Apple “App Store” adının Amazonun satış şəbəkələrində istifadə olunmasına etiraz edir. (“Store” – ingilis dilində “dükan, mağaza” deməkdir)

- Biz Amazondan xahiş etmişik ki, “App Store” adından istifadə etməsin, çünki bununla müştəriləri çaşdıra bilər. – deyə Apple şirkətinin nümayəndəsi Bloomberg agentliyinə bildirib.

İndiyədək Apple məxsus olan “App Store” saytı iPhone, iPod və iPad-larda istifadə olunmaq üçün köməkçi proqramlar yükləməyı təklif edirdi. Xəbər verilir ki, 2008-ci ildən bəri bu saytdan proqram yükləmələrinin sayı 10 milyarddan çox olub.

Bu yaxınlarda isə Amazon mobil telefonlarda istifadə etmək üçün yaratdığı yeni proqrama “App Store” adını verib. Apple iddia edir ki, Amazon proqramların yüklənməsi üçün yaratdığı yeni saytında da eyni addan istifadə etmək niyyətindədir.

Apple ticarət nişanı (emblem) və rəqabət qaydalarının pozulmasından şikayət edərək məhkəmədn xahiş edir ki, “App Store” adından istifadə olunmasını Amazona qadağan etsin.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar