Fontu böyüt:
Bu gün Azərbaycan Jurnalistlər Birliyinin (AJB) yeni saytının təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən AJB-nin sədri Elçin Şıxlı bu layihənin son 6-7 ay ərzində SOROS fondunun maliyyə dəstəyi ilə layihə həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, layihəyə veb saytın yaranması da daxil idi və hazırda təqdim olunan sayt fondum maliyyə dəstəyi ilə yaradılıb.
Sonra AJB-nin katibi Şahin Babayev yeni veb sayt haqqında məlumat verib. Onun sözlərinə görə, yeni yaradılan saytın əsas məqsədi KİV-də çalışanların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, inkişaf etmiş ölkələrin mətbuatının təcrübəsindən faydalanmaları, müasir jurnalistikanın prinsip və vəzifələri haqda yetərli bilgi almaları və respublika mediasında baş verən yeniliklərlə tanış olmalarıdır.
Qeyd edək ki, 6 bölmədən ibarət olan www.ajb.az saytında birliyin üzvləri və fəaliyyəti haqqında geniş məlumat əldə etmək olar. Bundan əlavə, gündəlik xəbərlər, maraqlı məqalələr və bəzi kitabların nümunələri bu saytda öz əksinin tapıb. Saytın maraqlı bir xüsusiyyəti isə budur ki, vakansiya hissəsində jurnalistlər öz CV-lərini göndərə bilərlər. E.Şıxlının fikrincə, bu bölmə həm jurnalistlərin rahat iş tapmalarına, həm də media qurumları rəhbərlərinin təcrübəli jurnalist axtarışlarına yardımçı olacaq. SİA