Fontu böyüt:
Bunun səbəbi şəbəkənin istifadəçiləri Məhəmməd peyğəmbərin təsvirini yerləşdirməyə çağıran səhifənin yaradılmasıdır.
Qeyd edək ki, İslam Məhəmməd peyğəmbərin istənilən təsvirinə qadağa qoyub. 2005-ci ildə Danimarka qəzetində nəşr edilən karikaturaya dair İslam dünyası şiddətli etirazlarla çıxış edib.
Sözügedən səhifə məhz bu gün peyğəmbərin təsvirini yerləşdirməyə çağırır və bunu radikal müsəlmanların ABŞ-ın çəkdiyi “South Park” multserialının yaradıcılarına qarşı irəli sürdükləri hədələrə etiraz məqsədilə edir. Bu səbəbdən dünən Pakistan hökuməti internet provayderlərə səhifənin bağlanması haqda göstəriş verib. Bu gün isə İslam Hüquqşünasları Forumu Lahorun Ali Məhkəməsindən hökumətə “Facebook”u tamamilə bağlamaqla bağlı sərəncam verməyi xahiş edib.
Məhkəmə iddianı operativ olaraq təmin edib və hakimiyyət orqanlarına mayın 31-dək saytı bağlamağı həvalə edib. İslam hüquqşünasları bu qərarı “Facebook” rədd olsun!” şüarı ilə təbrik ediblər.
Bu arada Pakistanda YouTube-yə də qadağa qoyulub. "Hörmətsizliyin yer aldığı" materialların yığışdırılmasına dair bir neçə dəfə saytların rəhbərliyinə müraciət olunsa da, qarşı tərəfdən buna reaksiya verilməyib. Buna görə də YouTube giriş qadağası qoyulub.
Mənbə: xezerxeber.com