İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Osman Gündüz: "Elektron imza populyarlaşacaqmı?"

02.05.2014 [14:24]

Fontu böyüt:      

Bir neçə gün öncə RYT Nazirliyi Məlumat Hesablama Mərkəzi elektron imzanın qiymətinin endirildiyini élan edib. Gözlənilən idi, çünki e-imza uzun müddətdən bəri tətbiq olunmağına baxmayaraq nə vətəndaşlar arasında, nə də hökumət qurumları arasında populyarlaşa bilmir.

Bir neçə gün öncə RYT Nazirliyi Məlumat Hesablama Mərkəzi elektron imzanın qiymətinin endirildiyini élan edib. Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüzün sözlərinə görə bu, gözlənilən idi, çünki e-imza uzun müddətdən bəri tətbiq olunmağına baxmayaraq nə vətəndaşlar arasında, nə də hökumət qurumları arasında populyarlaşa bilmir.

O.Gündüz: "Qiymət endirilsə də ümid etmirəm ki, 18 manata elektron imza alan vətəndaş bundan sonra ondan effektiv istifadə edəcək və bu imza dərhal populyarlaşacaq.

Axı istifadə üçün gərək bu imzanı ilk növbədə dövlət qurumları tanısınlar da. Xidmətlər, xüsusən də ictimai-sosial əhəmiyyətli kütləvi xidmətlər gərək bu imzanın üstündə “köklənsinlər” də.

Əgər Notariuslar adi bir sənədin təsdiqi üçün vətəndaşın əl imzasını tələb edirlərsə, dövlət qurumları adi bir sənədin notarial qaydada təsdiqini tələb edirlərsə, dövlət qurumlarında və məhkəmədə xidmətlərin elektron imza ilə keçərli olması təmin edilməyəcəksə onda mən başa düşmürəm ki bu imza kimə lazım olacaq.

Hazırda e- imzanın vətəndaşlar üçün keçərli olduğu, e- imza ilə xidmət əldə etməyə imkan verən cəmi bir – iki dövlət qurumu var .

Amma ədalət naminə demək lazımdır ki bəzi dövlət qurumları ( RYTN, DGK, İqtisadiyyat və Sənaye Nazirliyi, Vergilər Nazirliyi və s. ) öz daxili informasiya münasibətlərini özlərinin “özəl” e-imza sistemləri ilə daha yaxşı qurublar.

Amma dövlət qurumları və dövlət məmurları arasında informasiya münasibətlərinin effektiv qurulmasından isə danışmaq hələ mümkün deyil. Baxmayaraq belə bir sistem çoxdan yaradılmalıydı, təəssüf ki hələlik ortada yoxdur.

Elə dövlət qurumları var ki bəlkə də MHM-dən 100 e-imza sertifikatı əldə edib. Amma soruşsan ki axırıncı dəfə bundan harada istifadə edilib, heç kim konkret bir şey xatırlamayacaq".


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar