İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bakutel 2011-də müvafiq xidmətlər üçün virtual kartlar təqdim edilir

25.11.2011 [21:13]

Fontu böyüt:      

3G və 4G sürət testlərini, habelə M2M (aparatlararası ünsiyyət və məlumat mübadiləsini təmin edən texnologiya), Mobil Virtual Kart, “Application store” və bir sıra digər xidmət və texnologiyaların demo-nümayişini
Azercell sərgidə 3G və 4G sürət testlərini, habelə M2M (aparatlararası ünsiyyət və məlumat mübadiləsini təmin edən texnologiya), Mobil Virtual Kart, “Application store” və bir sıra digər xidmət və texnologiyaların demo-nümayişini təqdim edir. Məlum olduğu kimi, “Azercell” şirkəti gələn il Azərbaycanda keçiriləcək “Avroviziya-2012” mahnı müsabiqəsinin baş sponsordur və sərgiyə gələn ziyarətçilər interaktiv müsabiqələrdə iştirak etməklə bu mahnı müsabiqəsinə ilk biletləri qazana bilərlər.

“Azercell” şirkəti hər il “BakuTel” sərgisinin işində yaxından iştirak edir. Sərgi meydançası istehlakçılarla birbaşa əlaqə qurmaq üçün unikal imkandır və məhz burada şirkətin abunəçiləri və gələcəkdə şirkətin xidmətlərindən istifadə etmək istəyən potensial müştərilər şirkətin ən son yenilikləri və texnoloji nailiyyətləri ilə tanış ola bilərlər. Bu sərgi hər il müxtəlif şirkətləri ən yeni ixtiralar təklif etməyə stimullaşdırır və heç şübhəsiz ki, nəticədə bundan məhz istehlakçılar yararlanırlar.

Sözsüz ki, sərginin artımına və inkişafına təsir edən amillərdən biri də onun “Bakı Ekspo” mərkəzi kimi müasir sərgi kompleksində keçirilməsidir. “BakuTel” sərgisində bir çox tanış simalarla görüşmək mümkündür və bu, diqqətəlayiq məsələdir. Bir çox iştirakçılar sərginin onların sonrakı fəaliyyətinə müsbət təsirini müşahidə edir və yenidən, lakin bu dəfə “BakuTel” sərgisinin yüksək səviyyəsinə uyğun olmaq üçün daha hazırlıqlı şəkildə Bakıya qayıdırlar.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar