Fontu böyüt:
İyun ayının 6-da Şəmkirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkənin aparıcı İT ekspertlərinin iştirakı ilə seminar keçirəcək.
Şəmkirdə keçiriləcək seminarda dinləyici qismində Şəmkir rayonun, Gəncə şəhərinin, eləcədə Tovuz, Qazax. Ağstafa, Gədəbəy, Daşkəsən, Samux və Göy-göl rayonlarının informatika müəllimləri, dövlət orqanlarının İT-mütəxəssisləri, eləcədə TKQ və poçt şöbələrinin nümayəndələri iştirak edəcək.
Tədbir çərçivəsində nazirliyin əməkdaşları və İKT sahəsi üzrə milli ekspertlər tərəfindən iştirakçılara Azərbaycanda formalaşan informasiya cəmiyyəti və elektron hökumət, elektron imza və elektron ticarət barədə məruzələrin oxunulması nəzərdə tutulub.
İştirakçılar Azərbaycanda bu sahədə həyata keçirilən layihələr barədə məlumatlandırılacaqlar.