Fontu böyüt:
Yanvar ayının 9-da Sony şirkəti Vaio seriyasından yeni noutbuk təqdim edəcək. Şirkətin rəsmi saytında bu noutbuka həsr olunmuş ayrıca bölmə açılıb. Lakin burada portativ kompüterə dair ətraflı məlumat təqdim olunmur. Saytda yalnız noutbukun bu sahədə dönüş yaradacağı və insanların portativ kompüterlərə dair fikirlərini tam dəyişəcəyi bildirilir.
PC World və Fudzilla nəşrləri ehtimal edirlər ki, tam yeni qurğu Sony-nin kompakt noutbuku ola bilər. Bu yaxınlarda həmin portativ kompüter ABŞ-ın Rabitə üzrə Federal Komissiyası tərəfindən bəyənilib.
PCG-1P1L kod adlı noutbukun Windows əməliyyat sistemi ilə işləyəcəyi və 3G modulu ilə təchiz olunacağı gözlənilir. Onun ölçüləri isə 22 x 11 santimetrdir.
Sony Vaio-nun Las-Veqasda keçiriləcək CES 2009 sərgisində təqdim olunacağı ehtimal olunur. Burada, 2009-cu ilin yanvar ayının 9-da Sony-nin rəhbəri Qovard Strinqer çıxış edəcək.www.lenta.ru
xeberler.az/Ellada