“Facebook”un yaradıcısı Mark Zukerberq sosial şəbəkənin 41,35 milyon səhmini 2.3 milyard dollara satacaq.
“Facebook”un yaradıcısı Mark Zukerberq sosial şəbəkənin 41,35 milyon səhmini 2.3 milyard dollara satacaq.
Şirkət ümumilikdə 70 milyon səhm satmaq niyyətindədir. Onun 27 milyonunu “Facebook”, 43 milyonu isə səhmdarları təklif edəcək.
“Facebook”dan bildirilib ki, əldə olunan vəsait dövriyyə sərmayəsinə və başqa məqsədlərə xərclənəcək.
Qeyd edək ki, 2013-cü ildə “Facebook” səhmlərinin qiyməti iki dəfədən çox artıb.
(ictnews.az)