“IBM” korporasiyası mobil telefonlar üçün virtual mobil alış-veriş köməkçisi funksiyasını yerinə yetirən proqram təminatının prototipini hazırlayıb.
“IBM” korporasiyası mobil telefonlar üçün virtual mobil alış-veriş köməkçisi funksiyasını yerinə yetirən proqram təminatının prototipini hazırlayıb.
Yeni mobil tətbiq “ağıllı” telefon kamerasının köməkliyi ilə işləyir və məhsulları tanımaq bacarığına malikdir. Həmçinin istehlakçıya məhsul haqqında müxtəlif əlavə məlumatlar verir.
“IBM”-dən verilən məlumata əsasən, alış-veriş köməkçisi bir neçə həftə sonra Böyük Britaniya və ABŞ-da, daha sonra başqa ölkələrin istehlakçılarına əlçatan olacaq.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, mobil tətbiqi “IBM”-in İsraildə yerləşən “R&D” mərkəzində işləyən elmi-tədqiqat qrupu yaradıb.
O, hazırda Almaniyada keçirilən “CeBIT-2013” sərgisində nümayiş etdirilir.