Ali təhsil müəssisələrində Yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi- Layihəsi çərçivsində online sorğu anketi təqdim olundu
Daha öncə də məlumat verdiyimiz kimi, Multimedia Mərkəzi tərəfindən “Ali təhsil müəssisələrində Yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi” Layihəsi həyata keçirilir.
Layihə çərçivəsində əsas diqqət yeni formalaşmaqda olan media bazarının tələblərinə uyğun olaraq yeni media texnologiyalarının tədris proqramlarının hazırlanmasına yönəlib. Tədris proqramı jurnalist tələbələrdə müasir peşəkar fəaliyyət üçün gərəkli olan bilik və bacarıqların aşılanmasının nəzərdə tutur.
Layihənin gedişatı barədə
xeberler.az-a məlumat verən layihə rəhbəri O.Gündüz bildirdi ki: "Bu sahədə mövcud vəziyyətin daha dərindən araşdırılması daha keyfiyyətli tədris proqramlarının hazırlanmasına köməklik edərdi. Bu məqsədlə yeni media texnologiyaları sahəsində çalışanların rəy və şərhlərinin xeyli faydalı olacağını zənn edirik. Məhz bu səbəbdən informasiya portalı olaraq, Sizdən
online sorğu anketinin doldurulmasına və yayılmasında yardımçı olmanızı rica edirik"
“Yeni medianın tədrisinin təkmilləşdirilməsi ” Layihəsi Multimedia Mərkəzi tərəfindən icra olunur. Layihə ABŞ - Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənib. Layihənin əsas məqsədi Jurnalistika təhsili verən ali təhsil müəssisələrində İnternet medianın tədrisini təkmilləşdirməklə jurnalistlərin peşəkarlığını yüksəltməkdən ibarətdir. Həmçinin Layihənin qarşısında duran əsas vəzifə ali təhsil müəssisələrinin Jurnalistika fakültələri üçün Yeni media texnologiyaları ilə bağlı seçmə fənlər blokundan, onların məzmunundan (tədris proqramları, sillabuslar, tədris-tematik planlar və s ) və digər zəruri tədris materiallarının nümunlərindən ibarət yeni tədris modeli hazırlamaqdır
.