Fontu böyüt:
Asiya qitəsi interneti sevir, sürətli interneti isə daha çox sevir. İstifadəçi sayının sürətlə artdığını görən Asiya ölkələri infrastrukturaya böyük əhəmiyyət verir və böhran dövrü olduğuna baxmayaraq Internet əlaqə sürətlərini artırmaq üçün sərmayələr qoyurlar.
"Point Tepic" araşdırmalar mərkəzinin hazırladığı hesabata görə, 2009-cu ilin ilk dörddəbirində dünya səviyyəsində 16,6 milyon yeni internet xətti çəkilib. Bu sərmayənin 45%-i Asiya qitəsində reallaşıb. Bu rəqəmlərdə dünya səviyyəsində 429,9 milyon geniş bant xətti var.
Ən çox xəttə sahib olan ölkə isə Çindir. Burada 88 milyon Internet xətti var. Geniş bant infrastrukturunu ən sürətli artıran 2 ölkə isə Filippin (68,47 % artım) və Vyetnamdır (60,94 % artım).
IP TV istifadəsində ən böyük artım yenə Asiya ölkələrində oldu. Xüsusilə Cənub və Şərq Asiya ölkələrinin böyük maraq göstərdiyi IP TV 2009-cu ilin un ilk dörddəbirində 10,28% artıb.