İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Regionda İKT sahəsində Azərbaycan, Rusiya və İran arasında müştərək müəssisə yaradılır

01.12.2009 [12:19]

Fontu böyüt:      

“C-Ring Telecom” şirkətinin təsisçiləri Azərbaycanın “Azertelekom” BM və Rusiyanın “Synterra” Qapalı Səhmdar Cəmiyyətidir. “Iranmobin” isə İranın ən böyük milli rabitə operatoru olan “Electronics Development Company”nin səhmdarıdır.

Azərbaycanın AzərTelekom və Rusiyanın Sinterra şirkətlərinin təsis etdiyi C-Ring Telecom Azərbaycan-Rusiya birgə müəssisəsi və İran İslam Respublikasının ən iri milli rabitə operatoru Telecommunication Infrastructure Company-nin səhmdarı olan Iranmobin Electronics şirkəti üç ölkənin iqtisadi münasibətlərinin tarixində ilk dəfə olaraq Azərbaycan-Rusiya-İran İKT sahəsində müştərək müəssisənin yaradılması barədə elan ediblər.

Belə ki, “C-Ring Telecom” şirkətinin təsisçiləri Azərbaycanın “Azertelekom” BM və Rusiyanın “Synterra” Qapalı Səhmdar Cəmiyyətidir. “Iranmobin” isə İranın ən böyük milli rabitə operatoru olan “Electronics Development Company”nin səhmdarıdır.

BM-nin yaradılması haqda sənədlər Rusiya-İran daimi iqtisadi-ticarət komissiyasının Tehranda keçirilən işçi görüşündə komissiyanın sədrləri - RF-nin energetika naziri Sergey Şmatko və İranın xarici işlər naziri Mənuçehr Mottəkinin iştirakı ilə imzalanıb. Təsis sənədlərinə əsasən, “C-Ring Telecom” və “Iranmobin” şirkəti BM-nin səhmdar kapitalında hərəyə 50% paya malikdir.

Xəzər ətrafı dairəvi telekommunikasiya xəttinin yaradılması istiqamətində atılan addımlardan biri olan yeni müəssisə İran ərazisində həyata keçirilən layihələrdə “Iranmobin”in, “Azertelekom”un və “Synterra”nın resusrlarından və infrastrukturunun sinergiya imkanlarından istifadə edəcək. Bu dairəvi telekommunikasiya xətti Avropa və Asiya arasında trafikin tranzitini və Xəzəryanı ölkələrdə internetə magistral çıxışı təmin edəcək.

Bu layihə regionda inteqrasiyanı gücləndirməyə, beynəlxalq telekommunikasiya layihəsi çərçivəsində qlobal məsələlərin həllinə və onun bazasında birgə innovasiya proqramlarını inkişaf etdirməyə imkan yaradacaq. Əməkdaşlıq ilkin mərhələdə üç, perspektivdə isə daha bir neçə ölkənin elmi potensialını birləşdirməyə, eyni zamanda superkompüterlərə və paylanmış hesablamalar sistemi resurslarına (GRİD, Cloud Computing – “Buludlu hesablamalar”) çıxışı, informasiya təhlükəsizliyi, teletibb, distant təhsil sistemləri sahəsində layihələr həyata keçirilməsini təmin edir.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar