Fontu böyüt:
Microsoft gələn çərşəmbə axşamı 8 patçdan ibarət yenilənmə seriyasını buraxacaq. 8 yenilənmənin 5-i kritik boşluqların doldurulması üçündür.
Kompaniya nümayəndələrinin sözlərinə görə yenilənmələr təhlükəsizliyi təmin etmək üçün Windows, Internet Explorer, DirectX, Excel, Word və PT`da olan problemlərə "əl gəzdirəcək".
Yenilənmələrin konkret hansı səhvləri aradan qaldıracağı bəlli olmasa da təhlükəsizliklə əlaqədar bir sıra boşluqların aradan qaldırılacağı gözlənilir. Qeyd edək ki,bu boşluqlar vasitəsilə ziyanvericilər istifadəçinin kompüterinə daxil olmaq imkanına malik idilər. Bunun üçün poçt vasitəsilə göndərilən Excel faylın istifadəçi tərəfindən açılması kifayət idi.