Fontu böyüt:
“Bank of Azerbaijan” KÖMİS (Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş Informasiya Sistemi) vasitəsilə kommunal ödənişlərin qəbuluna başlayıb.
Bankdan verilən məlumata görə, KÖMIS Azərbaycanın Mərkəzi Bankı ilə tətbiq olunub və hal-hazırda həm fiziki, həm də hüquqi şəxslər tərəfindən elektirk enerjisi, qaz və su xərclərinin ödənişinin qəbulunu mümkün edir.
Müştəri, ödənişin aparılması üçün, yeni sistemdə qeydiyyatdan keçməlidir. Müştəri qeydiyyatdan keçmək məqsədilə banka müraciət edərək, müvafiq kommunal xidmətləri tərəfindən verilmiş abonent kodlarını və şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Qeydiyyatdan keçdikdən sonra müştəriyə bütün abonent kodları üçün vahid bir qeydiyyat kodu göstərilmiş blank veriləcək.
KÖMİS vasitəsilə kommunal ödənişlər “Bank of Azerbaijan”nın bütün filiallarında qəbul olunur.
Qeyd edək ki, əsası 1993-cü ildə qoyulmuş “Bank of Azerbaijan”nın nizamnamə kapitalı 15 milyon manat təşkil edir, ümumi bank aktivlərin həcmi isə 127 milyon manatdan çoxdur. Hal-hazırda “Bank of Azerbaijan” ipoteka kreditini vermək hüququna malik olan 18 yerli banklar sırasına daxildir.