Fontu böyüt:
Qazaxıstanın baş naziri Kərim Məsimov nazirlik rəhbərlərinə saytlarda özlərinə şəxsi bloq açmaq barədə tapşırıq verib. Nazir tapşırığı rabitə və informasiya agentliyinin kollegiyasında verib: “Mən özümdən başladım, hökumət saytında mən öz bloqumu açdım. Buna görə də bütün nazirlik rəhbərlərinə yanvarın sonuna kimi öz qurumlarının saytlarında bloq açmağı tapşırıram. Bu bloqlarda əhalinin öz sualların vermək imkanı olmalıdır, sizsə onları cavalandırmalısınız”, - K.Məsimov qeyd edib.
“Həmçinin mən özüm də sizə hansı sualların verilməsini izləyəcəyəm, çünki belə imkan hər zaman olmur. Bloqumun hələ üç gün işləməsinə baxmayaraq mən çox şey əldə etmişəm, həmçinin çoxlu maraqlı suallar yaranır”, - nazir söyləyib.