Fontu böyüt:
Özünü Firefox əlavəsi olaraq tanıdan və “Adobe Flash Player 0,2” adlandırılan bir spyware Firefox istifadəçilərini təhdid edir. Qaynağı haqqında tam bir məlumat əldə edilməyən zərərli haqqında Trend Micro xəbərdarlıq etdi.
Trend Micro Smart Protection Network müvəffəqiyyətlə maneə törətdiyi bu zərərliyə qarşı bütün Firefox istifadəçilərinin diqqətli olmağını məsləhət görür. Brauzerlərinə əlavə olunmaq istəyən bu əlavənin əslində bir zərərli olduğunu açıqlayır.
İnternet Explorer-də isə tapdığı bir açığı istifadə edərək sistemə qurulmaq istəyən bu zərərliyə qarşı mütləq İstifadəçi Hesab Yoxlamasının açıq halda olması tövsiyə edilir.