Fontu böyüt:
Opera kompaniyası özünün mobil brauzerinin yeni və daha da sürətləndirilmiş versiyasını anons edib. Onun təqdimatı gələn həftə Las-Veqasda təşkil olunacaq CTIA Wireless sərgisində keçiriləcək.
Opera Mobile 9.7-nin ürəyi yeni texnologiya olan Turbo, Ajax və Flash dəstəkləyən Presto 2.2 sürgüsüdür. Şirkətin bildirdiyinə görə Opera Turbo məlumatı telefona daxil olana qədər 80% sıxma imkanına malikdir. Bu da kifayət qədər sürətli işi təmin edir. Hələlik Windows Mobile və Symbian üçün versiyalar hazırlanır.