Fontu böyüt:
“Terrafugia” şirkəti bu ilin sonunda istehsala başlayacaq
ABŞ-ın “Terrafugia” şirkəti bu ilin sonunda uçan avtomobillərin istehsalına başlayacağına söz verib.
“Transition” adlı avtomobil həm də mini-təyyarə funksiyası yerinə yetirə bilir.
“Transition” kiçik meydançalara və avtomobil yollarına rahatlıqla enə bilir. Maksimal sürəti 185 km/saat olan bu avtomobillin yükgötürmə qabiliyyəti 430 kq-dır. Şirkət 500 ədəd avtomobil istehsal etməyə söz verib.