İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə bağlı bir sıra məsələlərin tənzimlənməsinə dair əmr imzalanıb

19.03.2014 [09:21]

Fontu böyüt:      

Məlum olduğu kimi, Azərbaycanda dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2014-cü il 7 mart tarixli 326 nömrəli Sərəncamına əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.
Məlum olduğu kimi, Azərbaycanda dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2014-cü il 7 mart tarixli 326 nömrəli Sərəncamına əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.
 
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) yaradılmasından irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında əmr imzalayıb.
 
Əmrə əsasən, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə, onun strukturu, işçilərin say həddi və ştat cədvəli təsdiq edilənədək AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi strukturunun və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyəti əvvəlki qaydada davam etdiriləcək.
 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar Komissiya yaradılacaq.
 
Komissiyanın sədri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Komissiyanın üzvləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının rəhbəri – Komissiyanın sədr müavini Vidadi Zeynalov, RİTN-in Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov, RİTN-in Məxfi şöbəsinin müdiri Təranə Səfərova, RİTN-in Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri Mətanət Məmmədova, RİTN-in İnformasiya cəmiyyəti şöbəsinin müdiri İsbəndiyar Əliyev, RİTN-in Beynəlxalq əlaqələr və qeyri-dövlət qurumları ilə iş şöbəsinin müdiri Ayaz Bayramov və RİTN-in Ümumi şöbəsinin müdiri İsgəndər Tağıyev müəyyən olunub.
 
Komissiyaya 3 ay müddətində Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin fəaliyyəti ilə bağlı bütün sənədlərin (o cümlədən arxiv sənədlərinin) və mühasibat balansının bütün uçot registrləri üzrə inventarizasiya aparmaqla, təhvil-təslim işlərinin həyata keçirilməsi və nəticələrinə dair tərtib olunmuş akt əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təhvil verilməsini, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən debitor və kreditor təşkilatlara yazılı bildirişlərin göndərilməsini, kreditor təşkilatlar tərəfindən irəli sürüləcək tələblərlə bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsini və bu əmrdən irəli gələn digər məsələlərin həll edilməsini təmin etmək tapşırılıb.
 
Bundan əlavə, əmrdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi strukturunun və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinə Azərbaycan Respublikası Prezidentinin aktlarının Prezidentin 2014-cü il, 7 mart tarixli 326 nömrəli Sərəncamına uyğunlaşdırılmasına dair təklifləri 20 gün müddətində, Azərbaycan Nazirlər Kabinetinin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin normativ hüquqi aktlarının həmin Sərəncama uyğunlaşdırılmasına dair təklifləri 1 ay müddətində RYTN-in Hüquq və kadrlar şöbəsinə təqdim etmələri tapşırılıb.
 
Qeyd edək ki, sözügedən əmrin icrasına nəzarəti nazir Əli Abbasov həyata keçirəcək. (ICTnews)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar