Fontu böyüt:
Çin son zamanlarda Xiaomi və Meizu ilə“ağıllı” telefon dünyasındakı “saxta telefon” imicindən qurtulmağa çalışsa da, hərdən klon telefonlar çıxarmağa davam edir.
2 ay əvvəl Apple-nin istifadəçilərə təqdim etdiyi "iPhone 6" və "İphone 6 Plus"-un məhsullarını ,demək olar ki, təqlid edən Çinli OEM şirkətinə aid telefonun adı da görünüşü kimi saxtadır. “Octa-Core”(cihazların prosessorlarında istifadə edilir, hərfi mənası səkkiz nüvə deməkdir) telefonuna baxanda , sanki bir iPhone 6-ya baxırsınız.
Cihazın sistem xüsusiyyətlərinə isə baxdıqda prosessor olaraq 1.4GHz saat sürətində işləyən səkkiz nüvəli MediaTek MT6592M-i görürük.
5 düyüm ekranı olan cihazın keyfiyyəti isə 1280x720p-dir. 1 GB RAM, 8 GB daxili yaddaşa və Android 4.4.2 KitKat-a malik olan telefonun qiyməti isə 100 dollar dəyərində təyin olunub.
Əfsanə Şərif