Fontu böyüt:
Son günlərin ən böyük problemi olan Conficker virusu 7 apreldə 5-ci versiyasını aktivləşdirdi. Conficker E adlanan bu son virusun ilk fəaliyyəti qeydə alınıb.Virus SpyProtect2009 adlı saxta bir təhlükəsizlik proqramının köməyi ilə pul sızdırır.
Conficker gündə ən azı 400 milyard elektron poçta spam göndərir.Virus sızdığı kompüterə spam göndərmək üçünWaledac adlı spambot paketini yükləyir. Paketin 2007 və 2008-ci illərin məşhur spam şəbəkəsi olan Storm tərəfindən hazırlandığı təxmin edilir.
Waledac`un köməyilə Vigra və başqa məhsulları satmağı hədəf kimi götürən e-poçt göndərilir. Bir kompüterdən 24 saata 80 min e-poçt göndərilir. Confickerin ələ keçirdiyi təxmin edilən 5 milyon kompüter sayəsində gündə 400 milyard spam göndərilir.