Fontu böyüt:
Kanadanın «Research In Motion» şirkəti əsas məhsulu olan «BlackBerry» smartfonlarının satışında ciddi azalmanın olduğunu açıqlayıb.
Şirkət bundan narahatlığını gizlətmir. Bu məlumatın fonunda istehsalçı şirkətin səhmlərinin qiyməti də ucuzlaşıb. Məlumatda bildirilir ki, «BlackBerry» «Apple» və «NTS»lə rəqabətə tab gətirmir. Alıcılar daha çox ucuz smartfonlara üstünlük verməyə başlayıb. Xüsusilə ABŞ və Kanadada «BlackBerry»nin satışı xeyli zəifləyib.
Buna baxmayaraq, istehsalçı şirkət yeni məhsullarını daha da təkmilləşdirməyi düşünür. Yeni modellər sensor ekranla təchiz olunacaq və başqa əməliyyat sistemini dəstəkləyəcək.