Fontu böyüt:
Amerika alimləri insan bədəninin hərəkətini elektrik enerjisinə çevirən generatorun prototipini təqdim ediblər. Bu avadanlıq smartfonlardan və pleyerlərdən köçürülmüş protezlərə qədər prototiv elektronika sənayesində əsl inqilab hesab edilir.
Amerikanın Kimya Cəmiyyətinin növbəti iclası zamanı Corciya ştatının Texnologiya İnstitutundan Çjun Lin Van nanogenerator nümayiş etdirib. Nonogeneratorun işi işıqdiodlarının və LCD ekranların enerji ilə təchiz edilməsinə bəs edər. Onu işə salmaq üçün alimlər generatoru bir neçə dəfə barmaqlarında sıxıblar. Bu barədə “novonews” xəbər verir.
“Bu hadisə protativ elektronikanın istehsalında vacib mərhələlərdən biridir. İndi elektronika batareya və elektrik şəbəkəsi olmadan, bədənin hərəkətindən qidalana bilər. Bizim nanogeneratorlar həyatı dəyişdirməyə hazırdır, onların potensialı isə yalnız fantaziyalarla məhdudlaşır”,- deyə Çjun Lin Van bəyan edib.