Fontu böyüt:
İnternet istifadəçiləri 15 dekabr, çərşənbə günü, Moskvada Kiyev dəmiryol stansiyası yanındakı meydanda fotokameralar qarşısında faşist salamı verən təxribatçını müəyyənləşdiriblər.
Onların fikrincə bu, Moskva Dövlət Universitetin sosioloji Fakültəsinin tələbəsi Levon Rustamoviç Arzumanyandır.
Güman edilirdi ki, Arzumanyan Rusiya iqtidar yönümlü “Naşi” hərəkatının fəalıdır. Lakin bu hərəkatın nümayəndəsi Anastasia Fedorençuk “Exo Moskvı” radiosuna müsahibəsində bu informasiyanı təkzib edib.Fedorençuk bildirib ki, fotoşəkildə həqiqətən Levon Arzumanyandır (adətən o özünü Levoçka kimi təqdim edir), lakin onun “Naşi” hərəkəti ilə heç bir əlaqəsi yoxdur.
Xatırladaq ki, Moskva polisi ötən çərşənbə Kiyev dəmiryol stansiyası yanındakı meydanında iğtişaş törətməyə cəhdə görə səkkiz yüz nəfər saxlamışdı.