21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
İnformasiya kommunikasiya texnologiyalarının həyatımıza sürətlə nüfuz etdiyi bir dövrdə biz də İKT portalı olaraq yeni ilin xalqımız üçün inkişaf və tərəqqi ilə dolu bir il olmasını diləyirik!!!
Yola saldığımız 2008-ci ildə digər sahələr kimi rabitə və informasiya texnologiyaları sektoru da yüksək templə inkişaf etmiş, bu sahədə ölkəmizin beynəlxalq nüfuzu güclənmiş, İKT sahəsində dünyanın ən böyük şirkətləri və inkişaf etmiş ölkələri ilə əməkdaşlığın miqyası genişlənmiş, Azərbaycanın enerci və nəqliyyat dəhlizlərindən başqa, həm də informasiya dəhlizinə çevrilməsi istiqamətində atılan addımlar daha da möhkəmlənmişdir.
Ötən il ərzində ölkəmizin rabitə və informasiya-kommunikasiya texnologiyaları mühiti yaddaqalan hadisələrlə zəngin olmuşdur. Belə ki, ölkə Prezidentinin himayəsi ilə Bakıda 14-cü beynəlxalq «BakuTel-2008» İKT sərgisi keçirilmışdir. Sərgi çərçivəsində dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin Bakıya səfəri cari ilin ən əlamətdar hadisəsi kimi yadda qalmışdır.
Bundan əlavə cari ildə Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə "İnformasiya cəmiyyətinin jurnalisti" layihəsi çərçivəsində mütəmadi treninqlər keçirilmişdir. Bu treninqlərdə məqsəd bütün sahələrdə olduğu kimi İKT sahəsində də informasiyalı jurnalistlər yetişdirmək idi.
Bütün bu əlamətdar hadisələri nəzərə alaraq növbəti ilin də İKT sektoru üçün uğurlu və yaddaqalan olmasını diləyirik.
Qarşıdan gələn il xalqımıza gözəl günlər, xoş müjdələr gətirsin! Ən xoş arzularla xeberler.az kollektivi....
xeberler.az/Ellada