Fontu böyüt:
Manxettendə keçirilən Nyu-York beynəlxalq avtoşousunda "Nissan Leaf" elektromobili ilin avtomobili elan edilib. Bu maşın saatda 144 km sürət yığa bilir və ekioloji cəhətdən təmizdir. Litium-ion bateriyalarının nəticəsində o adi mobil telfonlar kimi öz enerjisini adi elektrik şəbəkəsindən götürə bilir. (RİA Novosti)
"Avtomobilin elektriklə yüklənməsi üçün 7 saat bəs edir ki, bu da onun 100 mil getməsinə bəs edir." - şirkətin nümayəndəsi belə deyib.
Başqa istehsalçılar da ekoloji cəhətdən təmiz olan avtomobil təqdim ediblər. Sərgidə dünyanın cəmi 17 yeni avtomobili təqim edilib. //deyerler.org