Fontu böyüt:
ABŞ-ın San-Fransisko ştatının texnologiya sahəsində hər ay nəşr olunan jurnalı Wired-ın verdiyi məlumata görə, ərəb tələbə Youtube-da yerləşdiyi video çarxa görə, azadlıqdan məhrum edilib.
27 yaşlı Əhməd Əbdüllətif Şərif Məhəmməd Cənubi Florida Universitetində oxuyur. Onun hazırladığı və sayta yerləşdirdiyi çarx “terrora yardım” kimi göstərilib və o, həbs olunub.
Sonu həbslə nəticələnmiş 12 dəqiqəlik video çarxda uzaqdan idarəetməylə oyuncaq avtomobilə yaxınlaşdırılan bombanın necə yaradıldığı şərh edilərək əyani surətdə göstərilir. Kadrarxası səs ərəbcədir.
Bu çarx Youtube-da olduğu müddətdə yüzlərlə izləyici tərəfindən izlənib. Bu say milyonlarla izlənilən çarxlara nisbətdə az olsa da, çarxın öz sahibini tapa bilmə ehtimalı var.
Məhkəmədə mühakimə olunan tələbə ABŞ-a qarşı mübarizə aparan şəxslərin öz əməlləri üçün istifadə bilmələri üçün bomda hazırlama texnologiyasını nümayiş etdirib.
Qeyd edək ki, bu tip hadisə ilk deyil. Rusiyada 2 gənc ayrı-ayrı vaxtlarda İnternetdə dağıstanlı və tacikin edamı səhnələrini yerləşdirdiyinə görə həbs olunmuşdu.