Fontu böyüt:
Bu gün (7 avqust) Nəsimi rayon Məhkəməsində hakim Elmar Kərimovun sədrliyi ilə “Xəzər-Lənkəran” Futbol Klubunun prezidenti Mais Məsimovun “FANAT.AZ” idman saytının layihə rəhbəri Zahir Əzəmətə və saytın idman yazarı Natiq Muxtarlıya qarşı Cinayət Məcəlləsinin (CM) 147.2 (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi təxirə salındı.
Cavabdeh tərəfin vəkili Xalid Bağırovun prosesin təxirə salınması ilə bağlı ərizəsinə əsasən, hakim prosesi 17 avqust saat 16:00-a təyin etdi.
Xatırladaq ki, Mais Məsimov Natiq Muxtarlının “FANAT.AZ” idman saytında yerləşdirilmiş köşə yazılarında şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edərək, Zahir Əzəmət və Natiq Muxtarlıya qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb.