21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dövlət başçısının saytından daha bir yenilik
Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı mütəmadi olaraq istifadəçilər üçün yeni imkanlar təqdim edir. Xeberler.az "AzərTAc"a istinadən xəbər verir ki, son bir neçə ayda saytın dizaynı ən yeni texnologiyalar əsasında yenilənmiş, onun məktəblilər üçün xüsusi versiyası hazırlanıb, dünyada məşhur video paylaşım saytı olan YouTube-də Prezidentin rəsmi videokanalı fəaliyyətə başlayıb, qlobal sosial şəbəkə olan Twitter-də dövlətimizin başçısının səhifəsi yaradılıb, İPhone istifadəçiləri üçün saytın xüsusi platforması hazırlanıb və çox sayda digər yeni funksiyalar istifadəçilərin xidmətinə verilib.
Mobil internet məkanının dinamik inkişafını və yüksələn önəmini nəzərə alaraq Azərbaycan Prezidentinin rəsmi internet saytının mobil versiyası istifadəçilərin ixtiyarına verilib. Bundan sonra mobil telefon istifadəçiləri asanlıqla öz telefonlarından dövlətimizin başçısının fəaliyyəti ilə bağlı operativ xəbərlərlə tanış ola, Prezidentin nitqlərini və müsahibələrini oxuya, eyni zamanda, fotoşəkillərə baxa bilərlər.
Mobil telefon istifadəçiləri saytın mobil versiyasına aşağıdakı ünvandan daxil ola bilərlər: www.president.az/mobile