Fontu böyüt:
Bu gün saat 10:00-da Park İnn mehmanxanasında «İnnovativ Müəllimlər» Müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.Daha öncə də məlumat verdiyimiz kimi,müsabiqə müəllimlərin İKT-yə marağına dəstək məqsədilə Təhsil Nazirliyi tərəfindən «Microsoft Azərbaycan»,«MƏDƏD» humanitar təşkilatı və HP şirkətinin dəstəyi ilə həyata keçirilirdi.Qaliblər 2 naminasiya üzrə elan olunub.Beləliklə, qalibləri sizə təqdim edirik:
"Məzmunda innovasiya" naminasiyası üzrə:
1-ci yer: Gülnarə Səlimova [Bakı şəhəri, 7 saylı məktəb] - "Həyat fəlsəfəsində rəqəmlərin möcüzələri" layihəsi
2-ci yer:İlhamə Səfərova [Lənkəran şəhəri, 10 saylı məktəb] - "Enerji" layihəsi
3-cü yer:Ayna Sadıqova [Bakı şəhəri, Heydər Əliyev adına lisey] - "Ətraf mühitin çirklənməsi" layihəsi
"Əməkdaşlıqda innovasiya" naminasiyası üzrə:
1-ci yer:Rahilə Əliyarzadə və Bahar Kərimova [Bakı şəhəri, Bakı Avropa liseyi] - "Virtual həyatda təhlükəsizliyin qoru" layihəsi
2-ci yer: Aygün Əzizova [Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına məktəb] - "Öyrənərək öyrədirik" layihəsi
3-cü yer: Zemfira Məhəmmədova [Bakı şəhəri, 189 saylı məktəb] - "İnsan insanlar aləmində" layihəsi
Qeyd edək ki,müsabiqədə 200 yaxın müəllim iştirak edib. Müsabiqə qalibləri mart ayının 24-26-sı tarixlərində Avstriyanın Vyana şəhərində keçiriləcək Avropa İnnovativ Müəllimlər müsabiqəsində iştirak edəcəklər. İştirakla bağlı bütün xərclər Microsoft Azərbaycan tərəfindən qarşılanacaq.
xeberler.az/Ellada