Gənclər şəhəri gənclərin gözü ilə…...100-dən çox fəal bloqçu və sosial media istifadəçiləri Barkamp Azərbaycan və Sağlam Düşüncə Gənclər Təşkilatının təşkilatçılığı ilə Qafqaz Universitetində "Sumqayıt Bloq Günü" tədbirində bir araya gələcəklər
Gənclər şəhəri gənclərin gözü ilə…...
3-4 Dekabr tarixlərində Azərbaycanın 100-dən çox fəal bloqçu və sosial media istifadəçiləri Barkamp Azərbaycan və Sağlam Düşüncə Gənclər Təşkilatının təşkilatçılığı ilə Qafqaz Universitetində "Sumqayıt Bloq Günü" tədbirində bir araya gələcəklər.
Tədbirinin əsas məqsədi ölkə bloqçularını bir yerə toplayaraq İnternetdə və bloqlarda Sumqayıt şəhəri haqqında maraqlı yazıların artmasına kömək etməkdir.
Layihənin kordinatoru İlqar Mirzənin sözlərinə görə tədbir zamanı iştirakçılar Sumqayıt şəhəri ilə yaxından tanış olmaqla yanaşı, həm də sosial media və bloqlarla bağlı maraqlı yeniliklərə dair biliklər əldə edə biləcəklər.
Beləki, iki hissədən ibarət olan tədbirin birinci hissəsində gənclərlə hökümət nümayəndələrinin İnformasiya Texnologiyalarının Təhsilə tətbiqi, elektron Hökumət və s. mövzular üzrə birgə müzakirələri təşkil olunacaq. Bu müzakirələrdə gənclər onları düşündürən sualları səsləndirməklə yanaşı, dövlət nümayəndələri də Azərbaycanda son illər bu istiqamətdə aparılan işlərlə iştirakçıları tanış edə biləcəklər.
Tədbirin ikinci hissəsində isə iştirakçılar kiçik qruplar şəklində Sumqayıt şəhərinin müxtəlif maraqlı yerlərinə və müəssisələrinə səfərlərlər edəcək, Sumqayıt ailələrinin evində qonaq olacaq və maraqlı mədəniyyət tədbirlərinə qoşulacaqlar. İştirakçılar gün ərzində gördüklərinə dair hazırladıqları materialları öz bloqlarında yerləşdirərək “Sumqayıt haqqında yazılmış ən maraqlı bloq yazısı” müsabiqəsində iştirak edərək, mükafatlar da əldə edə biləcəklər.
Layihə kordinatorunun sözlərinə görə birincisi Sumqayıt şəhərində keçiriləcək “Bloq Günü” tədbiri silsilə xarakter daşıyır və gələcəkdə Azərbaycanın digər şəhər və rayonlarında da təşkil olunacaqdır.
Sumqayıtda “Bloq günü” layihəsi ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.