Fontu böyüt:
“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə növbəti Treninq keçirilib. Treninqdə jurnalist-tələbələr və müxtəlif KİV-lərdə çalışan jurnalistlər iştirak edib.
RİTN-in Tədris Mərkəzində təşkil olunan bu Treninqdə HP şirkətinin nümayəndəsi Rasim Bəxşi "Ölkədə İKT bazarının inkişafı" mövzusunda , AİF-in prezidenti Osman Gündüz "İnformasiya azadlığının gerçəkləşməsində informasiya texnologiyalarının rolu" mövzularında jurnalistlər qarşısında çıxış ediblər. Onların təqdimatları jurnalistlər tərəfindən xeyli maraqla qarşılanıb. Jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Layihə çərçivəsində cari ilin sonunadək keçirilməsi nəzərdə tutulan treninqlərdə jurnalistlər üçün “İnternet Jurnalistika” və "Azərbaycan dilində informasiya axtarışının effektiv üsulları" mövzularında məşğələlər təşkil olunacaq.
Məlumat verildiyi kimi “İnformasiya cəmiyyətinin jurnalisti” Layihəsi çərçivəsində informasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin və KİV–lərin müsabiqəsi də keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq materialların təqdim olunması davam edir.
Əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan Layihə RİTN, Azərbaycan İnternet Forumu, HP və ULTRA şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilir.
Geniş məlumat : www.cit.az