İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Microsoft korporasiyasının Azərbaycanda rəsmi saytı fəaliyyətə başladı

20.05.2009 [13:01]

Fontu böyüt:      

Sayt Microsft şirkətinin Azərbaycandakı nümayəndəliyi tərəfindən dəstəklənir, orada şirkətin ölkə daxilində və xaricində gördüyü işlər haqqında məlumatlar yerləşdirilir, yeni məhsullar və həllər elan olunur.

“Microsoft Azerbaijan” korporasiyasının www.microsoft.az ünvanında yerləşən rəsmi saytı açıldı. Sayt Microsft şirkətinin Azərbaycandakı nümayəndəliyi tərəfindən dəstəklənir, orada şirkətin ölkə daxilində və xaricində gördüyü işlər haqqında məlumatlar yerləşdirilir, yeni məhsullar və həllər elan olunur.

Ыayta daxil olanlar proqram təminatları üzrə yenilikləri də yükləyə bilərlər. Saytda Language İnterface Pack (LİP) proqram paketlərinin yüklənilməsi üçün nəzərdə tutulmuş xüsusi səhifə yaradılıb. Həmin paketlərin yüklənilməsi Windows XP, Windows Vista və Microsoft Office 2007 istifadəçilərini Azərbaycan interfeysi ilə təmin edir. İstifadəçilər, həmçinin, göstərilən proqram təminatının lokallaşdırılması zamanı yaradılmış qlossari ilə ayrıca tanış ola bilərlər.

Microsoft-un beynəlxalq sertifikatlaşma imkanı ilə tədris proqramlarına da diqqət yetirilib, Microsoft şirkətinin Azərbaycandakı tərəfdaş və distribyutorları haqqında məlumat yerləşdirilib; saytın quruluşu istiqamətdən asılı olaraq Microsoft-un müxtəlif həlləri haqqında məlumatları almağa imkan verir.

Microsoft Azerbaijan şirkətinin baş direktoru Teymur Axundovun sözlərinə görə, azərbaycandilli rəsmi sayt korporasiyaya Azərbaycan istifadəçilərinə daha yaxın olmağa imkan verəcək. “Saytı yaradarkən iki məqsədi güdürdük. Birincisi, İnternetin Azərbaycana aid zonasında yerləşən sayt Microsoft şirkətinin Azərbaycandakı fəaliyyəti haqqında tam məlumatı təmin edir; ikincisi isə şirkətin Azərbaycan bazarındakı yenilikləri haqqında operativ şəkildə məlumat verir”, deyə T.Axundov qeyd edib.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar