Fontu böyüt:
Avqustun 4-də təxminən saat 15 radəlrindən etibarən Reportyor İnformasiya Agentliyinin internet səhifəsinə (Ria.Az) giriş qadağan edilib, e-mail postası ([email protected]) bağlanılıb. Bu barədə RİA-nın təsisçisi Zülfüqar Xeyirxəbər məlumat verib. Onun sözlərinə görə, günün ikinci yarısından etibarən saytın yenilənməsində problem yaranıb. Qəflətən saytın açılmasında və yenilənməsi mümkünsüz olub.
“Serverlə əlaqə saxladıq. Bilirdilər ki, bizlik problem yoxdur. Sayt normal işləyir. Sadəcə olaraq Azərbaycandan giriş qadağan edilib. Xaricdə yaşayan soydaşlarımız və oxucularımızla əlaqə saxladıq. Məlum oldu ki, Rusiya və Avropa ölkələri, o cümlədən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə sayt normal açılır. Problem sadəcə Azərbaycandadır. Hazırda səbəbini araşdırırıq. Ümidvaram ki, yaxın saatlarda problem öz həllini tapacaq. Əks təqdirdə atacağımız addımlar Azərbaycan dövləti üçün başucalığı gətirməyəcək”, - deyə Z. Xeyirxəbər bildirib.
Z.Xeyirxəbər baş vermiş hadisəni məmur özbaşınalığı və şəxsiqərəzçilik hesab edir. “Xatırlayırsınızsa, bir neçə ay öncə hüquq-mühafizə orqanı əməkdaşı olan Qabil adlı şəxs saytımızın dağıdılması haqqında hakerlərdən birinə göstəriş vermişdi. Lakin həmin hakerlə şəxsi münasibətlərimiz olduğuna görə, saytı dağıtmaqdan imtina etmişdi. Halbuki həmin hakerə o hadisədən bir neçə ay öncə məhz Qabil (?) tərfindən Azərbaycanla bağlı saytları dağıtmamaq haqqında öhdəliyə qol çəkidirilib”, - deyə təsisçi bildirib.
“Mən hələlik müəyyən şeyləri açıqlamaq istəmirəm. Amma həmin qurumla aramızda olan ziddiyyət 1998-ci ildən başlayıb. 1998-ci ildən başlayaraq dəfəlrlə məni dolaşdırmağa, hər vəchlə öz tərəflərinə çəkməyə çalışblar. Hər dəfə də həmin şəxslərə öz işlərinin öhdəsindən gələ bilmədiklərinə görə, ya töhmət verilib, ya da vəzifəsi aşağı salınıb. Əminəm ki, yenə də bu problemlər həmin qurum tərəfindən qaynaqlanır”, - deyə Xeyirxəbər əlavə edib.
Z. Xeyirxəbər həmin şəxslərdən şəxsiqərzçiliyə son qoymağı, təqib və təzyiqləri dayandırmağı tələb edir. Əks təqdirdə bütün bildikləri barədə Azərbaycan dövlətinin prezidentinə yazılı müraciət edəcəyini bildirib. “Azərbaycan demokratik bir dövlətdir, dövlət başçısı tərəfindən mətbuatın inkişafı və müstəqilliyinin qorunub saxlanılması ilə bağlı çox önəmli sərancam və fərmanlar imzalanıb. Ayrı-ayrı qurum və idarənin və ya məmurun bu cür özbaşınalığı həmin fərmanların obyektiv icrasına kölgə salır”, - deyə o vurğulayıb.
Məlumat üçün bildirək ki, saat 18:45 radəlirndən etibarən problem aradan qalxıb.Sayt təsisçisi bununla bağlı media qrumlarına və adını çəkmək istəmədiyi müəyyən şəxslərə öz minnətdarlığımını bildiririb.