Fontu böyüt:
Dünyanın ən iri fərdi kompüter istehsalçılarından bir olan Hewlett-Packard 2009-cu ilin ilk rübünə dair iqtisadi hesabatını açıqlayıb. Hesabatı incələyən ekspertlər və itisadi mütəxəssislər bir daha əmin olublar ki,dünya iqtisadi böhranı hətta HP kimi nəhəng şirkətlər üçün də təsirsiz ötüşməyəcək.
HP-nin icraçı direktoru Mark Herdin verdiyi açıqlamada bildirilir ki, əgər vəziyyət belə gedərsə şirkət bu ilin oktyabr ayına qədər 118,4 milyard dollar mənfəət əldə edə bilər.Bu zaman HP iqtisadi dövriyyəsinə görə böhranı cəmi 5 % zərərlə başa vuracaq.Təbii ki,vəziyyət indikindən pis olmasa.
Lakin Herd həmçinin bildirib ki,bu nəticəni əldə etmək də şirkətə asan başa gəlməyəcək.Bunun üşün HP işçilərə verdiyi maaşları bir qədər azaltmalı,hətta şirkətdə bəzi ixtisarlar aparmalı olacaq.
Qeyd edək ki,hələ ötən ilin sentyabr ayında HP rəsmiləri 2011-ci ilə qədər ümumi işçilərinin 7,5%-ni təşkil edən 24600 əməkdaşının işdən çıxarılacağını bildimişdi.Lakin mövcud vəziyyətə baxdıqda şirkətin bu ilin ilk rübü ərzində 9000-dən çox işçisini ixtisara salaraq bu prosesi sürətləndirdiyini görərik.
xeberler.az/Ellada