İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Milli StartUpların qeydiyyatına başlanıb

27.03.2013 [16:22]

Fontu böyüt:      

Milli StartUplar Müsabiqəsinə artıq StartUpların təqdim edildiyi qeyd olunub. Qeydiyyat prosesinin may ayının 10-dək davam edəcəyi bildirilib. StartUpların ilkin qiymətləndirilməsi və yarımfinalçıların müəyyən olunması 25 may tarixinədək davam edəcək.
StartUp Azərbaycan  Təşkilat Komitəsinin  toplantısı keçirilib. Toplantıda  StartUp Azərbaycan çərçivəsində görülən işlər, həyata keçiriləcək tədbirlərin qrafiki və  yaxın günlərdə keçiriləcək Konfransa hazırlıq məsələləri müzakirə olunub.

Toplantıda StartUp Azərbaycanın saytının (www.startup.az ) tam formada işə salındığı, saytda  startuplar, investorlar və İT mütəxəssislər ( developerlər, proqramçılar və s)  üçün qeydiyyat prosesinin aktiv olduğu bildirilib. Layihə çərçivəsində keçirilən milli StartUplar Müsabiqəsinə artıq  StartUpların təqdim edildiyi  qeyd olunub.  Qeydiyyat prosesinin may ayının 10-dək davam edəcəyi bildirilib. StartUpların ilkin qiymətləndirilməsi  və yarımfinalçıların müəyyən olunması  25 may tarixinədək davam edəcək. 15 iyun tarixədək finalçıların müəyyən olunması nəzərdə tutulub. Yekun təqdimat mərasiminin, qalib StartUpların  investorlarla görüşlərinin İyun ayının sonunda keçirilməsi nəzərdə tutulub.

Müsabiqənin davam edəcəyi müddətdə Layihə ilə bağlı Universitetlərə görüşlərin keçirilməsi, ölkə üzrə developerlər, proqramçılar və İT mütəxəssislərin geniş toplantısının keçirilməsi, Yarımfinala  keçən StartUplar üçün təlimlərin keçirilməsi, müxtəlif StartUp komandalarının formalaşması ilə bağlı tədbirlərin  və StartUp Kampların keçirilməsi qərara alınıb. Milli StartUpların, İT ekspertlərin, investorların və marketoloqların iştirakı ilə geniş formatlı tədbirin də keçirilməsi nəzərdə tutulub.
Toplantıda milli startupların qiymətləndirilməsini həyata keçirəcək Ekspertlər Şurasının öz sahəsi üzrə tanınmış və təcrübəli mütəxəssislərdən ibarət olmaqla tam formalaşdığı və qiymətləndirmə meyarlarının hazırlandığı diqqətə çatdırılıb.

Toplantıda StartUp Azərbaycan Layihəsi, xüsusilə də Layihə çərçivəsində keçirilən Müsabiqə ilə bağlı reklam-informasiya işlərinin gücləndirilməsinin vacibliyi qeyd olunub. Bu məqsədlə görüləcək  işlər və həyata keçiriləcək tədbirlər  müəyyən olunub.

Toplantıda aprel ayının əvvəlində “İnternet-biznes üçün investisiya mühiti və investisiya imkanları” mövzusunda keçiriləcək Konfransa hazırlıq məsələli nəzərdən keçirilib. Konfransın “Milli StartUplar:  mövcud vəziyyət və  inkişaf  perspektivləri  və  “StartUplar üçün investisiya mühitinin inkişaf  perspektivləri” mövzusunda 2 sessiyadan ibarət olacağı nəzərə alınıb. Konfransda ölkənin tanınmış İT mütəxəssislərinin, uğurlu StartUp təmsilçilərinin, investorların maraqlı təqdimatlarla çıxış edəcəkləri diqqətə çatdırılıb.

StartUp Azərbaycan Layihəsinə  Rabitə və İnformasiya Texnologiyaları nazirliyi dəstək verir.
StartUp Azərbaycanın Baş sponsoru Bakcell şirkətidir.  
Microsoft, İnfi Pro şirkətləri də StartUp Azərbaycanın sponsorlarıdır.

Geniş məlumat : www.startup.az 

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar