İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Xalq kompüteri” layihəsinə start verildi

11.04.2009 [12:33]

Fontu böyüt:      

Layihə çərçivəsində HP şirkətinin mini-noutları (MiniNote), noutbukları (Laptop) və stolüstü kompüterləri (Desktop) təqdim olunacaq. Bütün bu avadanlıqlarda Microsoft şirkətinin lisenziyalı proqram təminatı quraşdırılıb.

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, HP və Microsoft şirkətləri birgə olaraq Niyyət protokolu imzalamaqla  “Xalq kompüteri” layihəsinin icrasına başlayıblar.

Layihənin əsas məqsədi əhalinin sosial təbəqələrinin müasir kompüterlərin və lisenziyalı proqramlarla təchiz edilmiş güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.

Layihənin ümumi konsepsiyası bir sıra mühüm dövlət proqramlarına, o cümlədən “Elektron Azərbaycan” Dövlət Proqramına və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”-na tam uyğundur.

Layihənin məqsədi insanların İKT imkanlarından səmərəli istifadə edərək həyat səviyyəsini yüksəltmək və həyat tərzini yaxşılaşdırmaq, informasiya cəmiyyətinə keçidi təmin etmək üçün aşağıdakı məsələlərin inkişafına nail olmaqdır:

- Əqli əməyin təşviqi;
- Bilik iqtisadiyyatı yönümlü kadrların hazırlanması;
- İKT yönümlü kadrların hazırlanmasını stimullaşdırmaq;
- E-hökumətin inkişaf etdirilməsi;
- Təhsil sisteminin dəstəklənməsi;
- İntellektual mülkiyyətin qorunması;
- Kompüter vərdişlərinin təşviqi;
- Aztəminatlı sosial qrupların dəstəklənməsi;
- Əhalinin kompüterlərlə təminatına şərait yaratmaq;
- Kompüter sayının dünyanın orta göstəricilərinə çatdırmaq.
 
İlkin mərhələdə 4 ay müddətini əhatə edən pilot layihə həyata keçiriləcəkdir. Bu müddət ərzində layihə çərçivəsində müəllimlər kompüterlər əldə edə bilərlər. Gələcəkdə layihənin digər sosial qruplar üçün də (tələbələr, həkimlər, dövlət qlluqçuları və s.) həyata keçirilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində HP şirkətinin mini-noutları (MiniNote), noutbukları (Laptop) və stolüstü kompüterləri (Desktop) təqdim olunacaq. Bütün bu avadanlıqlarda Microsoft şirkətinin lisenziyalı proqram təminatı quraşdırılıb.  Bu Azərbaycanın Təhsil Nazirliyi və Microsoft korporasiyası arasında imzalanan Məktəb Sazişi çərçivəsində həyata keçirilir.

Bütün avadanlıqlar faizsiz olaraq 12 ay müddətinə kreditə verilir. “Xalq kompüteri” layihəsi çərçivəsində təqdim olunan kompüterlər bazar qiymətlərindən 25-40% aşağı olacaq.  Bütün kompüter alan müəllimlərə əlavə olaraq Təhsil Nazirliyi tərəfindən elektron dərsliklərin, “Aztelekom” İstehsalat Birliyi və BTRİB tərəfindən 100-saatlıq internet kartı ilə təmin edilməsi nəzərdə tutulur.

Kompüterlərin çatdırılması və aylıq ödəmələrin qəbulu “Azərpoçt” Dövlət Müəssisəsi tərəfindən həyata keçiriləcək. Pilot layihə “Azərpoçt” Dövlət Müəssisəsi və HP-nin və Microsoft-un lokal tərəfdaşı olan “BestComp Group” şirkəti tərəfindən həyata keçiriləcəkdir. 

“Xalq kompüteri” layihəsinin icrası Azərbaycanda hökumət-özəl tərəfdaşlıq konsepsiyasının, dövlət strukturlarının və İKT sektorunun dünyada aparıcı biznes qurumları ilə birgə işbirliyinin təzahürüdür.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar