İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Bakutel-2013” sərgisi çərçivəsində dünya azərbaycanlılarının I Virtual konfransı keçiriləcək

28.11.2013 [23:41]

Fontu böyüt:      

Dünya Azərbaycanlılarının ilk virtual konfransı keçiriləcək.
Dünya Azərbaycanlılarının ilk virtual konfransı keçiriləcək. Bu il dekabrın 2-5 tarixlərində keçiriləcək “Bakutel-2013” Telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində baş tutacaq Virtual konfransda dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımız internet vasitəsilə Bakıya bağlanacaq.

 Belə ki, müxtəlif xarici dövlətlərin ərazisində 8 dayaq nöqtəsi müəyyənləşdirilib. Həmin dayaq nöqtələrindən dünyanın 20-yə yaxın ölkəsində yaşayan soydaşlarımızın konfransa onlayn şəkildə qoşulması nəzərdə tutulub. Bunun üçün lazım olan bütün avadanlıqlar alınıb və quraşdırılıb. Məlumat üçün qeyd edək ki, qonşu respublikalarda yaşayan insanlar da həmin dayaq nöqtələrinə gələrək konfrans iştirakçıları ilə canlı bağlantı quracaq.

Bu zaman onları maraqlandıran məsələlər qaldırılacaq və müzakirələr aparılacaq. Tədbir müxtəlif ölkələrdə məskunlaşmış dünya azərbaycanlılarının virtual aləmdə bir araya gəlməsinə, onların daha da sıx əlaqələr qurmasına, bir-biriləri ilə ünsiyyətin artırılmasına və ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında birgə işlərin görülməsinə kömək edəcək.

 Onu da bildirək ki, saat fərqinin olması nəzərə alınaraq konfrans üçün ortaq saat seçiləcək. Bundan başqa, xarici ölkələrdə yerləşən dayaq nöqtələrində onlayn bağlantı zamanı hər hansı bir problemin olmaması üçün onların sürətli internetlə təmin olunması məsələləri də həll olunub.(ictnews.az)
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar